Bakıda evi qarət edən oğru saxlanılıb. Bu haqda 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda fevralın 27-də evlərin birindən 8100 manat dəyərində geyim əşyaları, 3 ədəd televizor və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.