Bakıda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 22 yanvar tarixində Oxu.az xəbər verir.
Yasamal rayonunda yolu keçən 28 yaşlı Sultanə Məmmədovanı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.