Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 42 kv.m olan mənzil 4 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.