Bakıda şirniyyat sexindən oğurluq olunub. Bu haqda 18 mart tarixində Report məlumat verib.
Yasamal rayonunda sexlərin birindən 18.600 manat dəyərində şirniyyat bişirən soba, lazer printer və 2 ədəd samovar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Kərimov, Z.Rüstəmov və R. Rüstəmov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.