Paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində qadın meyiti aşkarlanıb. Bu haqda bu gün, 23 noyabr tarixində APA məlumat yayıb.
Yaşadığı binanın qarşısında avtomobil yolunun kənarında Aygün Əsgərovanın meyiti tapılıb. Onun Akif Paşazadənin idarə etdiyi “Hyundai” markalı avtomobildə qan itirdiyi, daha sonra nəqliyyat vasitəsindən çıxaraq səkidə dünyasını dəyişdiyi məlum olub.
Ölüm səbəbi araşdırılır.