Bakıda orta məktəbdən oğurluq edilib. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
Yasamal rayonunda yerləşən orta məktəblərdən birinin sinif otağından 2 ədəd notbuk və printer oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.