Noyabrın 3-ü Bakıda evdə qadın meyiti aşkar olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yasamal rayonunda FHN-nin əməkdaşları mənzildən 81 yaşlı Minayə Musayevanın meytini aşkar ediblər. O, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq onu çıxarıb.
Minayə Musayevanın meyiti aidiyyəti üzrə təhvil verilib.