Paytaxtın Yasamal rayonunda qadın meyiti aşkarlanıb. Bu haqda fevralın 15-də Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 66 yaşlı Tamella Rəcəbovanın meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.