Paytaxtın Yasamal rayonunda kişi meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən məznillərdən birində 1 nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 67 yaşlı Tahir Sərdarovun meyiti aşkarlanıb.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Bundan əvvəl, 9 noyabr tarixində həmin rayonda Azərsu” ASC-nə məxsus nasosxanadan kişi meyiti aşkar olunmuşdur.