Paytaxtın Yasamal rayonunda martın 17-də kişi meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 67 yaşlı Aydın Nəcəfovun meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.