Paytaxtın Yasamal rayonunda mənzildən qadın meyiti aşkarlanıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Föqvəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
69 yaşlı Yekaterina Arjevitina yaşadığı evdə ölü tapılıb. FHN-in əməkdaşları müraciət əsasında bağlı qapını qıraraq sözügedən mənzilə daxil olublar və qadının meyitini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.