Ötən gün Bakıda mağazadan külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda Report məlumat verib.
Yasamal rayonu ərazisində M.Hacıyevə məxsus mağazadan 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və içərisində 2 ədəd bank kartı olan pulqabı oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini S.Məmmədzadə saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.