Bakı sakininin kart hesabından pul oğurlanıb. Bu haqda 11 iyun tarixində Report məlumat verib.
Yasamal rayonunda iyunun 9-u paytaxt sakini N.Eyvazovun bank hesabından 383 manat pulu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.