Paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların qanunsuz kəsilməsi aşkarlanıb. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunan ərazidə ümumilikdə 5 ağac kəsilib.
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır”, - deyə qurumun rəsmisi bildirib.
Araşdırmalar davam edir.