Bakıda iki qardaş bıçaqlanıb. Bu haqda 6 yanvar tarixində Report xəbər verib.
Yasamal rayonunda 32 yaşlı Amil Bəşirov və 39 yaşlı Güləhməd Bəşirov tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.
A.Bəşirov sol saidin yuxarı üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası ilə, G.Bəşirov isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.