Paytaxtın Yasamal rayonunda Bakı sakinini döyərək pulunu oğurlayıblar. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov sözügedən rayonda E.Məmmədovu döyərək 2000 manatını götürüblər.
Şübhəli şəxslər saxlanılıb. Araşdırmalar davam edir.