Paytaxt sakinini qarət edən şəxslər saxlanılıb. Bu haqda 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Yasamalda fevralın 15-də M.Sübhi küçəsində 4 nəfər Bakı şəhər sakini S.Hacıyevi döyərək pulunu, 450 manat dəyərində qol saatını və 2 ədəd mobil telefonunu əlindən alıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini N.Vəliyev, Xaçmaz rayon sakini N.Həmrayev, Ucar rayon sakinləri Ə.Babayev və İ.Salahov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.