Paytaxtın Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bir dam altında tikilən ümumi sahəsi 180 kv.m olan müxtəlif təyinatlı obyektlər 47 kv.m sahədə yanıb. Temperaturun təsirindən daha 8 kv.m sahədə tavan əriyib.
Ətrafdakı tikililərə ziyan dəyməyib. FHN-nin əməkdaşları yanğını söndürüb.