Bakının Yasamal rayonunda maşın yanıb. Bu haqda bu gün, 3 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Verilən məlumata əsasən, “QAZ” markalı sudaşıyan avtomobilin mühərrik hissəsi və kabinəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.