Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində quldurluq faktı qeydə alınıb. Bu haqda bu gün, 12 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bakı şəhər sakini İ.Mirzəliyev taksi fəaliyyəti ilə məşğul olan zaman sərnişinlərdən biri onu bıçaqla hədələyərək, 70 manat pulunu və mobil telefonunu alıb.
Kəlbəcər rayon sakini S.Orucov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.