Bakıda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda 16 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda iyunun 12-də “Mercedes” markalı avtomobilə minən sərnişin, Bakı şəhər sakini Ə.Bəbirov sürücü tərəfindən hədə-qorxuya məruz qalıb. Sürücü Bəbirovun 300 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.