Bakıda küçədə kişi meyiti tapılıb. Bu haqda 11 aprel tarixində Kriminalqafqaz məlumat verib.
Yasamal rayonu, II Alatava ev 95-in qarşısında aprelin 10-u saat 00:30 radələrində 55-60 yaşlarında naməlum kişi meyiti aşkar olunub. Onun şəxsiyyəti araşdırılır. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.