Bakının Yasamal rayonunda yanğın baş verib, iki nəfər xəsarət alıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 26 yanvar axşam saatlarında məlumat verib.
Belə ki, yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində 1 kv.m ərazidə taxta qırıntıları yanıb. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub, yanğın söndürülüb. Alışma zamanı iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.