Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib. Bu haqda 27 yanvar tarixində Report məlumat verib.
Yanvarın 26-da Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşları Yasamal rayon ərazisində reydlər keçirib. Nəticədə bir köşkdə, bir mağazada və bir şərab evində satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması məlum olub.
Satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin “Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması” maddəsi isə inzibati tənbeh tədbiri tətbiq olunub.