Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə 3 kv.m sahədə tullantılar alışıb. Yanğın baş vermiş əraziyə yaxın olan bir nəfər xilas olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.