Yasamal rayonunda yaşlı kişi meyiti aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 30 aprel tarixində xəbər verir.
1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz qalması ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub. Zəng əsasında hadisə yerinə gedən FHN əməkdaşları mənzilin giriş qapısını açaraq orada 75 yaşlı Rafiq Eyvazovun meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.