Bakının Yasamal rayonunda 91 yaşlı kişinin meyiti aşkar olunub. Bu haqda bu gün, 30 may tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 91 yaşlı Yusif Əliyevin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bildirilir ki, kişi mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyası dəyişib.