Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi, 145 ünvanında ağaclar kəsilib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Küçədə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Xidmətin əməkdaşları əraziyə baxış keçiriblər, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış sahədə ağacların kəsilməsi müəyyən olunub.
Faktla bağlı akt tərtib olunub.