Bakıda sərnişin avtobusda ağır xəsarət alıb. Bu haqda 22 dekabr tarixində Report xəbər verib.
Yasamal rayon ərazisində hərəkətdə olan 65 nömrəli avtobusda sərnişin, 50 yaşlı Yalçın Nəsirzadə yaralanıb.
Nəsirzadə sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun hansı səbəbdən xəsarət alması araşdırılır.