Bu gün, 29 dekabr tarixində Bakının Yasamal rayonunda yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 120 kv.m. olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən dönərxanada alışma qeydə alınıb. 7 kv.m-də olan yanar konstruksiyaları və kassa aparatı külə dönüb. Hadisə yerinə FHN-in yanğınsöndürmə bölmələri cəlb olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.