Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 9 may tarixində xəbər verir.
Yasamal rayonu, Cəfər Cabbarlı və İbrahim Əbilov küçələrinin kəsişməsində “Hyundai” markalı avtomobil “Honda” markalı nəqliyyat vasitəsi ilə toqquşub. “Honda” markalı avtomobil ikinci dərəcəli yolla hərəkət edib.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=43608]