Bakıda narkotacir saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi xəbər verib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi 17 dekabr tarixində Yasamalda keçirdiyi əməliyyat tədbiri nəticəsində Kürdəmir rayon sakini A.Fətəliyev saxlanılıb. Onun üzərində 98 qram heroin, 49 qram metamfetamin və elektron tərəzi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.