Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 11 may tarixində xəbər verir.
Paytaxtın Yasamal rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.