Yasamal və Nəsimi rayonlarında oğurluq hadisəsini törədən 2 şəxs saxlanılıb. Bu haqda 21 oktyabr tarixində AZƏRTAC xəbər verib.
Goranboy rayon sakini R.Qasımov Yasamalda mağazaların birindən 1315 manat məbləğində pul oğurlayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğru saxlanılıb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonunda “BMW” markalı avtomobili qaçırdan keçmiş məhkum H.Mirzəliyev tutulub.
Hər iki şəxs məsuliyyətə cəlb olunub.