Bakının Yasamal rayonu ərazisində narkotiklərə qarşı iki əməliyyat keçirilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar.
Axtarış zamanı onlardan heroin və metamfetamin aşkar edilib.
Əməliyyat zamanı saxlanılan hər iki şəxs məhkəmənin qərarı ilə həbs edilib, faktlarla bağlı araşdırma aparılır.