Bakının Yasamal rayonunda martın 13-də M.Seyidov küçəsində piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Göyçay rayon sakini N.Zamanov aldığı xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törədən moped sürücüsü isə qəza yerindən yayınıb.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən moped sürücüsü, Bakı sakini C.Əsgərli saxlanılıb. Araşdırma aparılır.