Bakının Yasamal rayonunda yerləşən supermarketlərin birində bədbəxt hadisə baş verib. Bu haqda Fövqəladə Hallar nazirliyinin mətbuat xidməti bu gün, 21 yanvar tarixində məlumat verib.
Belə ki, 6 yaşlı Rinad Zakirovun ayağı eskalatorun hərəkət hissəsinə ilişərək sınıb. Uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.