14:13 - Yenilənib
Xətai rayonunda yerləşən yataqxanada baş vermiş yanğının səbəbi açıqlanıb.
İlkin ehtimala görə, alışma siqaret kötüyündən yaranıb. Nəticədə mənzilin böyük hissəsi kül olub.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
09:50 - Xətai: Ramiz Quliyev küçəsində yataqxana yanıb
Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma adıçəkilən ünvanda yerləşən beşmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 18 kv.m olan 1 otaqlı mənzil 12 kv.m sahədə yanıb. Yataqxananın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[video width="352" height="288" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video_2023-02-14_09-25-47.mp4"][/video]