Bakının Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyun tarixində Report məlumat verib.
Verilən məlumata əsasən, naməlum kişi qapı-darvaza sexinə girərək oradan elektrik kabelləri oğurlayıb. Oğurluq anı müşahidə kameraları tərəfindən lentə alınıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.