Sabunçu rayonunda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib. Bu haqda 9 fevral tarixində Report məlumat verib.
Zabrat qəsəbəsində avtomobil yolu keçən 15 yaşlı Elnur Əliyevi vurub.
Yaralı sağ bud sümüyünün yerdəyişən sınığı və qapalı kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.