“Zirə” – “Neftçi” matçında insident yaşanıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
AFFA U-16 Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən oyunun 36-cı dəqiqəsində “Zirə”nin aszarkeşləri “Neftçi” komandasının köməkçi məşqçisi İsmayıl Məmmədova hücum çəkərək, onu döyüblər.
İsmayıl Məmmədov Azərbaycan millisinin sabiq üzvüdür. Veteran futbolçu vaxtilə ölkənin bir sıra aparıcı klubunda çıxış edib.