Yenilənib:
Döyülən yeniyetmə 241 nömrəli məktəbin şagirdi olubmuş.
Belə ki, fiziki tərbiyə dərsi zamanı şagirdlər məktəbin həyətində futbol oynamaq üçün komandalara bölünərkən şagirdlərdən biri digərini itələyərək yerə yıxıb. Bu səbəbdən şagird xəsarət alıb.
Daha sonra onlarla söhbət aparılıb və gün sonuna qədər şagirdlər dərslərdə iştirak ediblər.
2 gün sonra yıxılan şagirdin anası məktəbə gələrək oğlunun xəsarət adığını söyləyib və polisə şikayət edib.
09:34 - Zirə qəsəbəsində yeniyetmə döyülüb
Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yeniyetmə döyülüb. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
13 yaşlı Vilayət Babayev naməlum şəxslərlə dava edən zaman müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.