Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 sentyabr günorta saatlarında AZƏRTAC məlumat yayıb.
Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “KİA” markalı avtomobili ilə Ucar rayon sakini İlqar Həsənovu vurub. Nəticədə piyada yerindəcə dünyası dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.
Sutka ərzində paytaxtda ən azı 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb.