Bakının iki əsas prospektinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.