Bakıda Anastasiya Boboviçin yaradıcılıq gecəsi keçiriləcək. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Tədbir iyunun 29-da saat 17:00-da Rus Evində təşkil olunacaq.
Anastasiya Boboviç Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, beynəlxalq müsabiqə və festivalların laureatıdır.
Gecənin konsertmeysteri İlahə Sadıxzadədir.