Böyük Şor Gölü parkında kitabsevərlərin görüşü baş tutacaq. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az “Azərbaycan oxuculari” kitab klubuna istinadən xəbər verir.
Görüş çərçivəsində avqust ayı boyunca oxunan kitablar barədə danışılacaq, eləcə də yeni kitablar tövsiyə olunacaq. Bundan əlavə, tədbirdə müxtəlif oyunlar da keçiriləcək.
Görüş 27 avqust saat 14:00-da Böyük Şor Gölü parkında baş tutacaq. Toplanış 13:30-da metronun “Koroğlu” stansiyası yaxınlığında olacaq.