Bakının Dənizkənarı Milli Parkında sabah, avqusutun 12-də Beynəlxalq Gənclər Gününə həsr olunmuş "ECO-FEST" adlı ekoloji festival keçiriləcək. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az məlumat verir.
Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir.
Festival saat 18:00-da başlayır. Giriş hər kəs üçün sərbəstdir.