Bakıda Mikayıl Müşfiqin xatirəsi anılıb. Bu haqda Yasamal Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Yasamal rayon İcra Hakimiyyəti və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbir şairin 84 illiyinə həsr olunub.
Tədbir poeziyasevərlərin iştirakı ilə şairin Yasamal rayonundakı abidəsi önündə baş tutub.
Açılış nitqini Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə edib. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edib.
Sonda abidənin önündə xatirə şəkilləri çəkilib.
[URIS id=28810]