Bakıdakı Rus Evinin Poeziya Klubu çərçivəsində iyulun 22-də şair Vladimir Mayakovskinin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-poetik gecə keçiriləcək. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Gecədə klubun gənc iştirakçıları məşhur şairin şeirlərini oxuyacaqlar.
Proqram çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Ləman Cəfərovanın ifasında müxtəlif musiqi əsərləri səsləndiriləcək.