Bakıya ilk dəfə “Kikido” kanallarının üzvləri gəlirlər. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Amina və Kamil yeni Kikidance proqramı ilə çıxış edəcəklər. Onlar yeni solo trekləri, eləcə də hər kəsin sevimli “Взорвем Инстаграм”, “Кайфовилль”, “Симпатяшка”, “Девочка Загадка” kimi hitləri ifa edəcəklər.
Tədbir 16 sentyabr saat 19:00-20:15 arası Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. Biletlərin qiyməti 30-120 AZN arası dəyişir.